21 
Mar
2023
19:54
688

Levan Xabeişvili azərbaycanlıları Novruz bayramı münasibətilə Azərbaycan dilində təbrik edib

Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvili azərbaycanlıları təbrik edib.

InterPress.ge xəbər verir ki, Levan Xabeişvili öz təbrikini Facebook səhifəsində video vasitəsilə azərbaycan dilində çatdırıb.

"Mənim əziz bacı və qardaşlarım. Novruz bayramınızı təbrik edirəm. Sizlərə arzu edirəm ki, vətənimizdə, Gürcüstanımızda hər bir vətəndaşın hüquqları qorunmuş olsun. Mənim istəyim odur ki, birlikdə əl- ələ verib güclü, demokratik Gürcüstan quraq. Novruz bayramınız mübarək olsun",- Levan Xabeişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın