Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Politico - Avropalı nazirlər Aİ-ni gürcü və moldovalı oliqarxlara sanksiya tətbiq etməyə çağırır

274
Politico - Avropalı nazirlər Aİ-ni gürcü və moldovalı oliqarxlara sanksiya tətbiq etməyə çağırır
Dinləmək üçün basın

Bazar ertəsi bir neçə avropalı nazir Avropa Şurasını gürcü və moldovalı oliqarxlara sanksiya tətbiq etməyə çağırıb.

Bazar ertəsi bir neçə avropalı nazir Avropa Şurasını gürcü və moldovalı oliqarxlara sanksiya tətbiq etməyə çağırıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “Politico” yazıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Şurasının xarici işlər nazirləri ilə görüşdən sonra deyib: "Bu iki ölkə sabitliyin pozulması təhlükəsi ilə üz-üzədir və bu, bizim böyük ehtiyatlılığımızı tələb edir".

Məlumat üçün bildirək ki, iki həftə əvvəl Tbilisidə etirazçılar “Agentlər haqqında qanun layihəsi”nin geri çağırılması tələbi ilə aksiyalar keçirmişdilər. “Gürcü arzusu” qanun layihəsini dəstəkləyib. Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili hakim partiyanı Rusiya ilə sıx münasibətlərdə ittiham edib.

Partiyanın təsisçisi keçmiş baş nazir Bidzina İvanişvilidir, o, sərvətinin böyük hissəsini 90-cı illərdə Rusiyada toplayıb.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalunun sözlərinə görə, Avropa Şurası Moldovanın rusiyayönlü oliqarxlarına qarşı sanksiyalar tətbiq etməyə borcludur.

Xatırladaq ki, Moldovaya ötən ilin iyununda Ukrayna ilə birlikdə Aİ-yə namizəd statusu verilib - və Gürcüstan namizəd statusu verilməzdən əvvəl oliqarxların siyasi və iqtisadi təsirinin məhdudlaşdırılması da daxil olmaqla islahatlar həyata keçirməli olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →