14 
Iyl
2020
20:53
1390

Mixeil Saakaşvili: "Mən qələbə üçün doğulmuşam, mənim yolum..."

"Mən qələbə üçün doğulmuşam, mənim yolum Mişanın yoludur və biz qalib olacağıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynanın islahatların icrası komitəsinin sədri Mixeil Saakaşvili öz “Facebook” səhifəsindən yazır.

Saakaşvili yazır ki, Ukrayna və Gürcüstanla bağlı böyük planları var.

“Böyük tranformasiyalara arxalanıram. Mən tam olmayan addımlara və prosesə inanmıram, mən proseslərin nəticələrinə inanıram. Bu payız mən Gürcüstanda qərar verici addımlar üçün hazırlanıram.

Biz Rusiyanın protejesi olan oliqarx tərəfindən gürcü millətinə edilən əziyyəti sonlandıracağıq. Bunun üçün ən böyük qurban verəsi olsam da, yenə edəcəm” – yazır Mixeil Saakaşvili.

“Mən Ukraynada və Gürcüstanda mübarizə edirəm, mən heç bir ölkədə yüksək vəzifə tələb etmirəm. Mən bilirəm ki, regionun lideriyəm və çox insan üçün islahatların və inkişafın simvoluyam. Nə olsa da, mənə inanan insanlara xəyanət etməyəcəm və ictimai-siyasi proseslərdən uzaq qalmayacam” – yazır Saakaşvili.

Saakaşvilinin dediyinə görə, onun qarşısında çox maneələr var, ancaq onlara rəğmən müvəffəqiyyətə nail olacaq.

Bizimlə əlaqə saxlayın