Tbilisidə genişmiqyaslı aksiya elan edildi
"Aprelin 9-da saat 17:00-da ölkənin əsas prospektində - Rustavelidə siyasi məhbuslar, Mişanın azadlığı və ölkəmizin Avropaya inteqrasiyası üçün toplaşmaq lazımdır".
InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili bildirib.
Onun sözlərinə görə, qələbə yalnız xalqın əlindədir.
"Unutmayaq ki, qələbə yalnız xalqımızın əlindədir. Ona görə də aprelin 9-da, saat 17:00-da ölkənin əsas prospektində - Rustavelidə siyasi məhbuslar, Mişanın azadlığı və ölkəmizin Avropaya inteqrasiyası üçün toplaşmaq vacibdir”, - deyə Levan Xabeişvili bildirib.
O, Mixeil Saakaşvilinin köçürülməsi ilə bağlı “Vivamed”in bəyanatına da cavab verib və qeyd edib ki, “Vivamed”in bu bəyanatı yalnız təsdiq edir ki, prezident Saakaşvilinin həyatı təhlükədədir və “Vivamed” klinikası artıq onun sağlamlığını təmin edə bilmir.
“Bəyanat bir daha mühüm faktı təsdiqləyir - prezident Saakaşvilinin səhhəti yaxşılaşmayıb. Bu bir faktdır ki, onun burada müalicəsini təmin edə bilmirlər və bu bəyanat yalnız bir şeyi təsdiq edir ki, prezident Saakaşvilinin sağlamlığı və həyatı təhlükədədir, üstəlik xəstəxana onun səhhətini təmin edə bilmədiklərini deyir”, - Xabeişvili bildirib.


