24 
Mar
2023
16:02
205

Gürcüstan Prezidenti Almaniya XİN başçısı ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə Gürcüstanın Avropaya inteqrasiya prosesi ilə bağlı məsələləri müzakirə edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Prezident Orbeliani sarayında keçirilən görüşdə bəyan edib ki, Gürcüstan əhalisi Avropa İttifaqına namizəd statusu ilə bağlı ikinci imtinanı anlamayacaq və belə çətin bir şəraitdə özünü Avropa tərəfindən tərk edilmiş hesab edəcək.

Dövlət başçısı Almaniyanın Gürcüstanın müstəqilliyinə və Avropaya inteqrasiyasına davamlı dəstəyinin ifadəsi kimi Gürcüstanın tərəfdaş ölkəsinin xarici işlər nazirinin səfərinin əhəmiyyətini vurğulayıb.

“ABŞ-a sonuncu səfərim zamanı Almaniya prezidenti ilə telefon danışığım oldu və o, mənə Gürcüstanın sarsılmaz dəstəyini təsdiq etdi və sizin burada iştirakınız bunun əyani təsdiqidir”, - deyə Gürcüstan Prezidenti nazirə müraciət edib. 

Digər tərəfdən, Analena Berbok Gürcüstanı və onun əhalisini Avropa Birliyində görmək istədiyi üçün burada olduğunu bildirib.

“Ona görə də mən buradayam və hökumətim bunu dəstəkləyir. Gürcüstan namizəd statusu almaq üçün islahatları davam etdirməlidir", - Berbok bildirib.

Bizimlə əlaqə saxlayın