InterPress.ge xəbər verir ki, plenar iclasda baş nazir İrakli Qaribaşvilini dinləyən “Gürcü arzusu”nun deputatları müxalifətçi Qubaz Sanikidzeni pilləkənlərə qədər təqib ediblər.
Davit Matikaşvili və Aluda Ğuduşauri mübahisədə iştirak ediblər. Qeyd edək ki, Ğduşauri ayağı ilə Sanikidzenin ayağına toxunub.
İclas zalında mübahisə baş nazirin Qubaz Sanikidzeni satılmış adam adlandırmasından sonra başlayıb.
