Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

BMT Türkiyədə zəlzələ bölgəsinə yardım üçün növbəti dəfə çağırış edib

375
BMT Türkiyədə zəlzələ bölgəsinə yardım üçün növbəti dəfə çağırış edib
Dinləmək üçün basın

" Türkiyədə zəlzələdən zərər çəkmiş beş milyondan çox insana kömək etmək üçün təcili olaraq əlavə maliyyəyə ehtiyacımız var".

"Türkiyədə zəlzələdən zərər çəkmiş beş milyondan çox insana kömək etmək üçün təcili olaraq əlavə maliyyəyə ehtiyacımız var".

InterPress.ge xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında deyib.

BMT rəsmisi bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Türkiyədə zəlzələlər nəticəsində 3 milyon insanın məcburi köçkün olduğunu təxmin edir: "BMT bölgədə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dəstəyini davam etdirir. Bu günə qədər BMT-nin bölgədəki missiyası və humanitar tərəfdaşlarımız 535 000-ə yaxın insana sığınacaq verib.

Təxminən 1,7 milyon insan sığınacaqlarda yaşayır, onların bir çoxunun su və kanalizasiya xidmətləri yoxdur. Eyni zamanda 1,4 milyon insan su, kanalizasiya və gigiyena dəstəyi alıb və 47 000 nəfərə yaxın insan səhiyyə xidmətləri ilə təmin olunub. Bölgədə hər gün təxminən 1,25 milyon insana isti yemək paylayan 345-dən çox təşkilat var".

(Report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →