26 
Mar
2023
21:40
692

Avtomobil anidən alışaraq yandı

Marneuli bələdiyyəsinin Şulaver  kəndində avtomobil alışaraq yanıb.

InterPress.ge xəbər verir ki, yanan avtomobil Sadıqovlar ailəsinə məxsusdur.

Mövcud məlumata görə, Mercedes Benz markalı avtomobil evin həyətində anidən alışaraq yanıb.

İlkin ehtimala görə, avtomobilin yanmasına səbəb qısaqapanma olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

 Hadisə yerinə yanğınsöndürmə qrupu cəlb olunub və yanğın söndürülüb.

Bizimlə əlaqə saxlayın