28 
Mar
2023
22:25
3532

Güclü külək nəticəsində bir nəfər öldü 3 nəfər isə xəsarət aldı

Acarada güclü küləyin yaratdığı problemlər nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, yerli əhalinin verdiyi məlumata görə, Kobuletidə güclü külək nəticəsində ağac yüngül avtomobilin üzərinə aşıb, nəticədə təcili tibbi yardım briqadası bir nəfərin meyitini aşkarlayıb.

Batumidə 3 nəfər xəsarət alıb, onlardan biri azyaşlıdır.

Batumidə güclü küləklə əlaqədar fövqəladə halların idarə olunması xidmətinə onlarla məlumat göndərilib. Agentlikdən verilən məlumata görə, hadisəyə yanğınsöndürənlər və xilasedicilər müdaxilə edir.

Batumi meriyasının məlumatına görə, güclü külək şəhər ərazisində bir neçə ağacı uçurub, Batumi ilə Maxincaurini birləşdirən mərkəzi yolda nəqliyyatın hərəkəti dayandırılıb, sözügedən hissədə elektrik ötürücü dirəkləri zədələnib.

Bundan başqa, güclü külək nəticəsində Batuminin əsas stadionunun yaxınlığındakı dayanacaqda avtomobillərə də ziyan dəyib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər