Marneuli bələdiyyəsində kənd təsərrüfatı torpaqlarının pulsuz becərilməsi davam edir
Marneuli Munisipalitetində kənd təsərrüfatı təyinatlı torpaqların pulsuz becərilməsi sosial proqramı davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat verib.
Martın 1-dən etibarən, Marneuli Munisipalitetində sosial proqram yenilənib. Burada müxtəlif həssas kateqoriyalardan olan ailələr üçün əkin sahələrinin pulsuz becərilməsi nəzərdə tutulur.
Sadaxlı inzibati ərazi vahidində 33 benefisiarın ərizəsi qəbul edilib və proqram çərçivəsində 12 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi becərilib; Hazırkı mərhələdə, Şaumyan inzibati ərazi vahidində mövsümi torpaq becərmə işləri aparılır. Ərizələr may ayının sonuna qədər qəbul ediləcək.
Qeyd edək ki, sosial proqram çərçivəsində 2022-ci ildə Munisipalitet üzrə 90 benefisiarın ərizəsi əsasında - 39,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi becərilib.


