30 
Mar
2023
22:20
295

İrakli Kobaxidze: "Ölkəmiz konkret risklərlə bu gün də üz-üzədir"

Müəyyən qüvvələr, qlobal qüvvələr var ki, onlar hərbi münaqişələrin uzanmasında maraqlıdırlar. Mən ölkəmiz haqqında danışa bilərəm, ölkəmiz konkret risklərlə üz-üzə idi və indi də var.

InterPress.ge xəbər verir ki,  bu barədə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidze Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata “Türkiyənin son iki ildəki səyləri olmasaydı, Qərb klubu Türkiyəni Rusiyaya qarşı müharibəyə sürükləyərdi” açıqlamasına cavab verib.

Kobaxidzenin sözlərinə görə, hakim komandanın məqsədi Gürcüstanda sülhü qorumaqdır.

“Ölkəmizin qarşısında duran vəzifələrdən aydın şəkildə danışa bilərik və bu çağırışlar, təəssüf ki, bu gün də aktualdır. Biz sülhü qorumaq üçün hər şeyi etməliyik və cəmiyyət mümkün qədər bunun üçün səfərbər edilməlidir, çünki sülhün qorunması yolunda bizi gücləndirən əsas şey ictimai dəstəkdir, bu, çox vacibdir”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın