Salome Zurabişvilinin “hakimiyyət yavaş-yavaş rəngini dəyişməyə başlayıb” bəyanatından sonra hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze prezidentin özünün rəngini dəyişdiyini deyib.
InterPress.ge xəbər verir ki, o, bunun səbəblərini bildiyini, lakin bu barədə şərh verməyəcəyini, prezidentin hələ də “qırmızı xətləri” keçmədiyini bildirib.
“Bizdə onun [Zurabişvilinin] niyə rəngini dəyişdiyi barədə ətraflı məlumat var, lakin biz bu detallar barədə danışmayacağıq, çünki Salome Zurabişvili hələ də qırmızı xətləri keçməyib”, - Kobaxidze bildirib.
