01 
Apr
2023
14:50
1130

Qarşıdurma zamanı iki nəfər güllələndi

Kutaisi-Tskaltubo yolunda baş verən qarşıdurma zamanı iki nəfər ölüb.

InterPress.ge xəbər verir ki, onların hər ikisi odlu silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb.

Faktla bağlı bir nəfər iki gənci qətlə yetirməkdə təqsirli bilinərək saxlanılıb.

Mövcud məlumata görə, dünən gecə saatlarında Tskaltubo-Kutaisi yolunda, restoranlardan birinin yaxınlığında sərxoş olan üç dost bir-biri ilə mübahisə edib.

Odlu silahdan təsadüfən açılan atəş nəticəsində iki nəfər həlak olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər