“İndi İvanişvilinin çıxıb şəxsi məsuliyyətini üzərinə götürməsi vaxtıdır”.
InterPress.ge xəbər verir ki, “Gürcüstan Naminə” partiyasının lideri, keçmiş baş nazir Qiorqi Qaxariya bunu Twitter-də yazıb.
"ABŞ-ın gürcü hakimlərinə sanksiya tətbiq etməsi aydın mesajdır ki, məsuliyyət gürcü demokratiyasına və qanunun aliliyinə xələl gətirən hər kəs üçün fərdiləşdiriləcək. İndi İvanişvilinin çıxıb şəxsi məsuliyyətini üzərinə götürməsi vaxtıdır!”, - deyə o yazıb.
