06 
Apr
2023
21:15
377

Batumidə 3 məktəbli özlərinə xəsarət yetiriblər

Batumidə dövlət məktəblərindən birinin 3 şagirdi öz əllərinə xəsarət yetirib.

InterPress.ge xəbər verir ki, Batumi resurs mərkəzinin direktoru Qoça Davitadzenin sözlərinə görə, tələbələr özlərini yaxşı hiss edirlər.

Onun məlumatına görə, müəllim dərs zamanı qızların əllərində xəsarətlər olduğunu müşahidə edib.

Qoça Davitadze deyir ki, hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

“Dərs zamanı müəllim şagirdlərin əllərində cızıqların olduğunu müşahidə etdi. Müəllim lazımi reaksiya verdi. O, məktəb rəhbərliyinə, sosial işçiyə və məsələ ilə bağlı bütün qurumlara məlumat verib. Dərs prosesində üç qızın kiçik cızıqları olduğunu görüb. Məktəb rəhbərliyində uşaqların niyə belə etdiyi barədə heç bir məlumat yoxdur. Onlar artıq evdədirlər. Məktəb rəhbərliyi polis çağırıb və müvafiq proseslər gedir. Uşaqlar deyirlər ki, oynayıblar”, – Qoça Davitadze bildirib.

Bizimlə əlaqə saxlayın