07 
Apr
2023
10:35
215

ABŞ səfiri: “Gürcüstan istənilən məlumat və ya ittihamla bağlı araşdırmaya başlaya bilər”

“Gürcüstan istənilən məlumat və ya ittihamla bağlı araşdırmaya başlaya bilər, biz ABŞ qanunlarının bizdən tələb etdiyi şeyi etmişik”.

InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bunu “İmedi”də gürcü hakimlərin sanksiyaya məruz qalmasından danışarkən deyib.

Kelli Deqnanın sözlərinə görə, viza sanksiyaları ictimaiyyətə açıqdır və illərdir məlum olan məlumatlar və iddialara əsaslanır.

“Dövlət katibi Blinkenin elan etdiyi viza sanksiyaları ABŞ qanunlarına əsasən, əlimizdə insanların korrupsiya əməliyyatında əli olduğuna dair kifayət qədər dəlil olduqda tələb olunur.  Bu viza sanksiyaları konkret şəxslərin Amerikaya daxil olmasına imkan vermir”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın