Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şimali Makedoniyanın xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək

233
Şimali Makedoniyanın xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək
Dinləmək üçün basın

10-11 aprel 2023-cü il tarixində Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Gürcüstana rəsmi səfər edəcək.

10-11 aprel 2023-cü il tarixində Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Gürcüstana rəsmi səfər edəcək. 

InterPress.ge xəbər verir ki, məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, Buyar Osmanini Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili qonaq edəcək. Həm üz-üzə, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüş keçiriləcək, bundan sonra mətbuata birgə bəyanatlar veriləcək.

Bundan başqa, səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, parlamentin sədri Şalva Papuaşvili və Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşlər keçirəcək. Buyar Osmanini Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək.

Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstana səfəri çərçivəsində işğal xəttinə baş çəkəcək və mövcud vəziyyətlə tanış olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →