10 
Apr
2023
13:45
345

46 müxalifət deputatı sabah növbədənkənar sessiyanın çağırılması ilə bağlı prezidentə müraciət edib

46 müxalifət deputatı sabah növbədənkənar sessiya çağırmaq üçün Salome Zurabişviliyə müraciət edib.

InterPress.ge xəbər verir ki, onlardan bəziləri bu gün bu məsələ ilə bağlı mətbuat konfransı keçirib.

Müraciətdə ABŞ-ın gürcü hakimlərə qarşı sanksiyalar tətbiq etməsindən bəhs edilir.

“Biz, aşağıda imzası olan parlament üzvləri, Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci bəndi və Gürcüstan parlament reqlamentinin 82-ci maddəsinin 8-ci bəndini əsas götürərək, 11 aprel 2023-cü il tarixində aşağıdakı məsələlər üzrə parlamentin növbədənkənar sessiyasının çağırılmasını xahiş edirik:

Gürcüstan parlamentinin siyasi qrupunun, “İslahatlar qrupu”nun təşəbbüsü əsasında Gürcüstan parlamentində Gürcüstanın məhkəmə sistemində korrupsiya və digər qanunsuz əməlləri araşdırmaq üçün Müvəqqəti İstintaq Komissiyası yaradılmalıdır.

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyası tərəfindən araşdırılacaq məsələlər bunlardır: Məhkəmə-hüquq sistemində ədalət mühakiməsinin həyata keçirilməsinə, hakimlərin seçilməsi və irəli getməsinə qanunsuz müdaxilə edən hakimlər qrupunun mövcudluğu, hakimlərə qeyri-qanuni təsir, korrupsiya və qohumbazlıq faktları”, - deputatların müraciətində qeyd olunub.

Reqlamentə görə, Müvəqqəti İstintaq Komissiyasının yaradılması üçün 50 deputatın dəstəyi lazımdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər