11 
Apr
2023
23:18
387

Mixeil Saakaşvili Strasburq məhkəməsinə müraciət etdi

Strasburq məhkəməsinə ərizə göndərilib, əsasən bu ərizə Saakaşvilinin səhhətinə və onun müalicəsinə aiddir ki, onun səhhətini yaxşılaşdıracaq müalicə növü həyata keçirilə bilsin.

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.

Xaçapuridzenin sözlərinə görə, sənədlər bütün qanunlara və standartlara uyğun olaraq göndərilib.

“Bilirsiniz ki, Avropa İttifaqı qətnamə qəbul edib və müxtəlif sənədlər qəbul olunub ki, Gürcüstan hakimiyyəti humanistlik nümayiş etdirib onu xaricə müalicəyə göndərsin. Sübutlar gürcü ekspertləri, xarici ekspertlərdir və dövlət müdafiəçisinin bir sıra nəticələri, o cümlədən məhkəmə prosesindən sonra tərtib edilmiş sonuncu rəy də var. Əslində, Strasburq məhkəməsində əvvəllər belə bir iş olmayıb. Tələb olunan tamamilə bütün qanunlara və standartlara uyğun olaraq göndərilir və ona hansı müddət ərzində baxılacağını söyləmək çətindir. Bununla hay-küy salmaq fikrində deyilik, görək, gözləyək. Biz gözləntilərə xüsusi önəm vermək istəmirik. Bildiyiniz kimi, Strasburq presedent məhkəməsidir və onlar qərarı özləri dərc edəcəklər”, - Xaçapuridze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər