Gürcüstan prezidenti Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar on məhkumu əfv edib.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Onların məlumatına görə, əfv olunan məhkumlardan 5 nəfəri cəzaçəkmə müəssisəsində cəza çəkməkdən tam azad edilib. Həmçinin, 3 məhkumun cəzaçəkmə müəssisəsində qalan cəza müddəti qısaldılıb, iki məhkum isə şərti olaraq cəza çəkməkdən tam azad edilib.
