Eks-prezident Mixeil Saakaşvili rus müxalifətçi Aleksey Navalnının xilas olmasını və həbsdən çıxmasını arzuladığını bildirib.
InterPress.ge xəbər verir ki, o, rus muxalifətçinin bəyanatına münasibət bildirib.
“Aleksey Navalnını və məni iki məqam birləşdirir: korrupsiya hər ikimiz üçün eyni dərəcədə qəbuledilməzdir və biz hər ikimiz Vladimir Putinin əsas düşməniyik. Arzu edirəm ki, Aleksey xilas olsun, azad olsun və istədiyi məqsədinə çatsın”, - Saakaşvili deyib.
Məlumat üçün bildirək ki, Aleksey Navalnı Gürcüstan hakimiyyətini Mixeil Saakaşvilini azad etməyə çağırıb və 2008-ci ildə tutduğu mövqeyə görə gürcülərdən üzr istəyib.
