18 
Apr
2023
22:15
290

Nikol Paşinyan: "Biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıyırıq"

Biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıyırıq və Bakıdan da bunu gözləyirik. 

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman gerçəkləşəcək ki, hər iki tərəf birmənalı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyar və bir-birlərinə ərazi iddiası irəli sürməməyi birdəfəlik öhdəsinə götürər”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan müddəa 2022-ci ilin oktyabrında Praqa və Soçidə keçirilən son yüksək səviyyəli görüşlərdə Azərbaycan tərəfi ilə razılaşdırılıb.

“Bir daha demək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz gözləyirik ki, Azərbaycan da bunu edəcək və Ermənistan SSR ərazisini Ermənistan Respublikası kimi tanıyacaq”, - Paşinyan bildirib.

Mətbuatın yazdığına görə, bu addım əslində sovet dövründə Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınması deməkdir.

Məlumat üçün bildirək ki, Ermənistan adıçəkilən bölgədə hərbi iştirakını inkar edir və burada Qarabağın yerli özünümüdafiə qüvvələrinin yerləşdiyini iddia edir.

Bizimlə əlaqə saxlayın