Lelo partiyasının millət vəkilləri və partiya nümayəndələri Marneuliyə səfər ediblər.
InterPress.ge xəbər verir ki, partiyanın millət vəkilləri və digər nümayəndələri Marneulinin İmam Əli məscidinə və Ümumi Gürcüstan Müsəlmanları ali dini idarəsinə qonaq olublar.
Görüş zamanı qonaqlar müsəlman icmasını Ramazan bayramı münasibətilə təbrik edərək məscid tərəfindən ehtiyaclı ailələrə verilməsi üçün bayram sovqatı təqdim ediblər.
Görüş çərçivəsində daha sonra qonaqlar müsəlman icmasının problemlərini İmam Əli məscidinin axundu Hacı Haciyevdən və Ümumi Gürcüstan Müsəlmanları ali dini idarəsinin şeyxi Mirtağı Əsədovdan dinləyiblər.




