23 
Apr
2023
21:42
614

Yük maşını baş nazir İrakli Ğaribaşvilinin evinə çırpılıb

Dedopliscğaroda baş nazir İrakli Qaribaşvilinin evinə yük maşını çırpılıb.

InterPress.ge xəbər verir ki,  hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən iki saat sonra Tbilisidə yük maşınının sürücüsünü saxlayıblar.

Səhlənkarlıq və ya düşünülmüş hərəkət - baş nazirin ailəsi hadisə barədə danışmır, yerli sakinlər də kameralara danışmaq istəmir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

“Müxtəlif vaxtlarda asayiş keşikçilərinin qanuni çağırışına tabe olmayıb” –  Daxili İşlər Nazirliyindən bildirilir.

Yol hərəkəti qaydalarını pozaraq təhlükə yaradan vətəndaş hüquq-mühafizə orqanları əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaqla bağlı qanuni çağırışına dəfələrlə tabe olmamışdır.

O, idarə etdiyi avtomobillə hüquq-mühafizə orqanlarının maşınlarına da ziyan vurub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları adıçəkilən vətəndaşı yaxalayıblar.

Daxili İşlər Nazirliyi bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci və 353-cü maddələrinin 1-ci hissələri ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın