İmir kəndində Ramazan bayramı qeyd olundu
Ramazan bayramı münasibətilə Gürcüstanın Marneuli rayonunun İmir kəndində bayram tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir hz. Məhəmməd Rəsulullah (s) məscidinin nəzdində fəaliyyət göstərən "Vilayət aşiqləri fondunun" dəstəyi ilə baş tutub.
Tədbir Rəşad Əliyev tərəfindən Qurani-Kərimdən bir neçə ayə tilavət etməklə açıldı.
Daha sonra məscidin axundu Elçin Məmmədov, Hacı Əziz Nəbiyev, Kamran Məmmədov, Hacı Hacıyev və Merin Şulaveri ərazi vahidliyindəki nümayəndəsi Mahir Məmmədov çıxış edərək müsəlmanları təbrik etdi.
Çıxışlarla bərabər tədbirdə dini ilahilər və şeirlər oxumaq üçün Səid Həsən, Fədai Naci və Kərbəlayi Vəliyə söz verildi.
Tədbirin sonunda kiçik yaşlılar arasında yarış keçirilərək qaliblər mükafatlandırıldı.
Sonda isə iştirakçılar üçün ehsan süfrəsi açıldı.


