25 
Apr
2023
10:40
203

"Gürcüstan əhəmiyyətli irəliləyiş əldə edib, lakin daha çox islahatlara ehtiyac var" - Borrell

 “Gürcüstan əhəmiyyətli irəliləyiş əldə edib, lakin daha çox islahatlara ehtiyac var”.

InterPress.ge xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bu barədə Gürcüstanın Xarici İşlər Naziri İliya Darçiaşvili ilə görüşdən sonra bildirib.

“Gürcüstanın Avropa perspektivi nöqteyi-nəzərindən tarixi şansını və demokratiyanın gücləndirilməsinin zəruriliyindən danışdıq. Təsdiq etdik ki, Gürcüstan xeyli irəliləyiş əldə edib, lakin daha çox islahatlara ehtiyac var, çünki Gürcüstana namizəd statusunun verilməsi məsələsi ilin sonunda müzakirə olunacaq. Nazir Darçiaşvilini üzvlük prosesi ilə bağlı prioritetlər baxımından Brüsselə və Aİ üzv dövlətlərinə müsbət siqnallar göndərməyə çağırdıq”, - Borell bildirib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının Xarici İşlər Şurasının iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Avropa komissarı Oliver Varhey ilə də görüşüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər