26 
Apr
2023
11:44
333

“Gürcüstanın Avrointeqrasiya istiqamətində göstərdiyi səylər göz qabağındadır" - Kaladze

“Gürcüstanın Avrointeqrasiya istiqamətində göstərdiyi səylər göz qabağındadır - əhalimiz gözləyir ki, Gürcüstanın nailiyyətləri Avropa İttifaqının qərarlarında öz əksini tapacaq, bu, çox mühümdür”.

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, onlar Brüsseldən Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı irəliləyişlər və müsbət addımlar barədə mesajları dinləyiblər.

“Həm Avropa Şurasında, həm də NATO ofisində çox maraqlı görüşlər keçirildi. Biz Gürcüstanın Avrointeqrasiya yolunda irəliləyişi və atdığı müsbət addımlar barədə aydın mesajlar eşitdik. Gürcüstanın Avropaya inteqrasiya istiqamətində göstərdiyi səylər göz qabağındadır və bunu hamı çox gözəl bilir. Biz başqa ölkələrin aldığı statusa layiq idik, amma bizə 12 bəndlik plan verildi. Biz bu planın başdan ayağa həyata keçirilməsi üçün hər şeyi edirik. Təbii ki, bu istiqamətdə bütün addımlar atılacaq. Əhalimiz gözləyir ki, Gürcüstanın nailiyyətləri Avropa İttifaqının qərarlarında öz əksini tapacaq, bu, çox vacibdir”, - Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər