Polşa XİN başçısı: "Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzvlüyü təkcə Gürcüstanın deyil, həm də transatlantik ittifaqın marağındadır"
“Gürcüstanın Avropa İttifaqı və NATO-ya gələcək üzvlüyü təkcə Gürcüstanın deyil, həm də transatlantik ittifaqın maraqlarına cavab verir”.
InterPress.ge xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Avropaya inteqrasiyası üçün genişlənmədə iştirak edən bütün tərəflərin - həm Avropa, həm də transatlantik institutların, eləcə də Gürcüstan hökumətinin və gürcü cəmiyyətinin iştirakı və səyləri lazımdır.
“Biz hesab edirik ki, Gürcüstanın gələcək Avropa İttifaqı və NATO-ya üzvlüyü təkcə Gürcüstanın deyil, həm də transatlantik birliyin/cəmiyyətin marağındadır. Avropa üçün bu, təhlükə deyil, fürsətdir. Bu fürsətdən istifadə etmək və Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzv olmaq yolunda növbəti addımı ata bilməsi üçün genişlənmədə iştirak edən bütün tərəflərin - həm Avropa, həm də transatlantik institutların, eləcə də Gürcüstan hökumətinin və gürcü cəmiyyətinin iştirakı və səyləri lazımdır. NATO-nun Vilnüs sammiti yaxınlaşır və ilin sonuna kimi Avropa İttifaqı Gürcüstana Avropa İttifaqına üzv dövlət statusunun verilməsi ilə bağlı qərar qəbul edə bilər. Ona görə də maraqlı tərəflərin, o cümlədən Veymar üçbucağından olan tərəfdaşlarımızın diplomatik hərəkətləri aktivləşdirilir.
Almaniyanın xarici işlər naziri bu yaxınlarda Gürcüstana səfər edib, Fransa xarici işlər nazirinin də yaxın vaxtlarda Gürcüstana səfəri nəzərdə tutulub. Mənim Tbilisiyə bugünkü işgüzar səfərim intensiv diplomatik və siyasi ünsiyyətin elementi və ifadəsidir. Onun məqsədi ənənəvi gürcü-polşa dostluğu ruhunda çətinlikləri, problemləri və imkanları, eləcə də problemlərin həlli imkanlarını, o cümlədən Polşanın həll yolunun tapılması prosesinə cəlb edilməsini müzakirə etməkdir.
Bu həftə nazir Darçiaşvili Avropa Şurasının fəxri qonağı olub. Ona görə də təbii və aydındır ki, bizim bugünkü danışıqlarımız Brüsseldə keçirilən məsləhətləşmələrin davamıdır və həm Gürcüstanın Avropaya inteqrasiyası problemlərinə, həm də NATO-nun Vilnüs Sammiti kontekstində Avropanın təhlükəsizliyinə aiddir. Keçmiş prezident M. Saakaşvilinin vəziyyətini də müzakirə etdik.
Bütün bu məsələlərdə Polşa konstruktiv həll yolu tapmağa və Gürcüstana hər cür yardım göstərməyə çalışır, çünki biz dərindən inanırıq ki, Polşa-Gürcüstan birgə əməkdaşlığı ölkələrimizin, Avropanın, azad dünya birliyinin milli və təhlükəsizlik maraqlarına xidmət edir. Hörmətli İliya, bu çox konstruktiv görüş üçün bir daha təşəkkür edirəm”, - deyə Zbiqnev Rau bildirib.


