27 
Apr
2023
22:48
495

Cəzaçəkmə müəssisəsində məhkumlar işlə təmin olunublar

8 saylı cəzaçəkmə müəssisəsində çörək sexi fəaliyyətə başlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Onların məlumatına görə, çörək zavodu Tbilisi ərazisində fəaliyyət göstərən cəzaçəkmə müəssisələrini çörəklə təmin edəcək.

“Məhkumlar həm reabilitasiya vasitəsi, həm də əlavə gəlir mənbəyi olan çörək sexində işlə təmin olunublar. Penitensiar sistemdə artıq Rustavi, Ksani və 14 saylı (Qequti) müəssisələrində çörək sexləri fəaliyyət göstərir.

Xüsusi penitensiar xidmət gələcəkdə də məhkumların məşğulluğunun təşviqini fəal şəkildə davam etdirəcək, onların cəmiyyətə səmərəli inteqrasiyasının qayğısına qalacaq”, - deyə dərc olunan məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın