Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Beka Davituliani: Gürcüstan hökumətini rusiyapərəst olmaqda ittiham etmək ciddi ittihamdır

344
Beka Davituliani: Gürcüstan hökumətini rusiyapərəst olmaqda ittiham etmək ciddi ittihamdır
Dinləmək üçün basın

“Gürcüstan hökumətini rusiyapərəstlikdə ittiham etmək ciddi ittihamdır, bunun yeri yoxdur - Gürcüstan hökumətinin özünü Rusiyadan artan təhlükədən xilas etməyə çalışması rusiyapərəst olmaq demək deyil”.

“Gürcüstan hökumətini rusiyapərəstlikdə ittiham etmək ciddi ittihamdır, bunun yeri yoxdur - Gürcüstan hökumətinin özünü Rusiyadan artan təhlükədən xilas etməyə çalışması rusiyapərəst olmaq demək deyil”.

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun deputatı Beka Davituliani bu barədə mətbuata açıqlama verib.

Davitulianinin bu kontekstdə qeyd etdiyinə görə, tərəfdaşların çox aydın addımlar atmağı tələb etməsinin necə ciddi nəticələrlə bitdiyini gördük.

“Biz Qərb ailəsinə daxil olmaq və onun tam hüquqlu bir hissəsi olmaq istəyirik, lakin bunu bu ölkəni məhv etmək hesabına etmək istəmirik. Rusiya qoşunları Gürcüstan ərazisində yerləşdirilib və ölkənin indiki vəziyyətində Rusiya ilə münasibətlərinin gərginləşməsi təhlükəsizlik risklərini artıracaq. Təhlükəsizlik risklərinin artması və kəskinləşməsi digər məsələlərlə yanaşı, bizdən tələb olunan və tətbiq etmədiyimiz ikitərəfli sanksiyaların tətbiqində özünü göstərir. Həm də açıq-aydın aqressiv ritorikada özünü göstərir, bizdən daim bunu tələb edirlər, lakin bunu edə bilmirik. Etmirik, edəmmirik - həqiqətən çıxıb rusları və onların işğalçı qoşunlarını ölkəmizdən qovmaq, Putinə balaca Hitler demək istəyirik, amma bu gün buna gücümüz çatmır, çünki buna cavab verilərsə, ölkəmiz zərər görəcək”, - Beka Davituliani bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →