01 
May
2023
13:48
282

Kaladze: "Bu gün ölkədə müxalifətin nüfuzu və siyasi dəstəyi sıfırlanıb"

"Müxalifət nümayəndələri aralıq seçkilərində iştirak etmədilər, çünki nəticənin nə olacağını bilirdilər”.

InterPress.ge xəbər verir ki, Tbilisi meri, “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bunu aralıq seçkilərlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, aprelin 29-da keçirilən seçkilər hakim partiyanın və onun namizədlərinin nə qədər dəstəyinin olduğunu bir daha göstərib.

“Müxalifətin seçkidə niyə iştirak etmədiyi aydındır, çünki onlar nəticənin necə olacağını bilirdilər. Cəmiyyətin onlara münasibətinin necə olduğunu çox gözəl bilirlər. Bu gün ölkədə onların nüfuzu və siyasi dəstəyi sıfırlanıb. Hansısa konkret partiyanın, əlbəttə ki, öz tərəfdarları var, lakin bu gün "Gürcü Arzusu" öz tərəfdarları ilə birlikdə ən güclü şəkildə təmsil olunur. Bu xüsusi aralıq seçkiləri bunun təsdiqidir – cəmiyyət “Gürcü Arzusu” və onun namizədlərinin nə qədər dəstəyinin olduğunu gördü”, – Kaxa Kaladze bildirib.

Tbilisi meri vətəndaşlara seçkilərdə iştiraklarına görə təşəkkür edib və seçilmiş namizədlərə uğurlar arzulayıb.

"Fürsətdən istifadə edərək bir daha seçilən namizədlərə uğurlar arzulamaq, həmçinin seçkilərdə iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm”, - deyə paytaxt meri qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər