Qabon ərazi sularında gəmidən 2 gürcü dənizçi qaçırılıb
Qabonun ərazi sularında lövbər salmış gəmidən iki gürcü dənizçi qaçırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə
Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə mayın 2-də, gecə saatlarında baş verib.
“Gürcüstanın Cənubi Afrikadakı konsulluğundan alınan məlumata görə, mayın 2-də gecə saatlarında Qabonun ərazi sularında lövbər salmış gəmidən ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçi qaçırılıb. Gəmidə qalan dənizçilərin təhlükəsi yoxdur.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi Xarici İşlər Nazirliyi ilə birlikdə dənizçilərimizin əsirlikdən azad edilməsi üçün ekipaj və gəmi sahibi şirkətlər də daxil olmaqla fəal iş aparır.
Artıq agentlik nümayəndələri ailə üzvləri ilə əlaqə saxlayıb, ətraflı məlumat veriblər.


