03 
May
2023
21:54
407

Medvedev: "Zelenskinin məhvindən başqa yol qalmadı"

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bu gün pilotsuz uçuş aparatı tərəfindən törədilən terror aktından sonra Vladimir Zelenskinin fiziki məhvindən başqa çarə qalmayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Bugünkü terror aktından sonra Zelenskinin fiziki məhvindən başqa yol yoxdur. Hətta qeyd-şərtsiz təslim olmağa imza atmağa da ehtiyac yoxdur. Məlum olduğu kimi, hətta Hitler də bu əmələ imza atmayıb. Əvəzedici həmişə tapılacaq”, – Medvedev “Telegram” kanalında yazıb.

Bundan əvvəl Kremlin mətbuat xidməti çərşənbə günü gecə Kiyev rejiminin Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına pilotsuz uçuş aparatı ilə hücum etməyə cəhd etdiyini, iki qurğunun sıradan çıxdığını bildirib.

Hadisə nəticəsində insan tələfatı və maddi ziyan dəyməyib. Daha sonra prezidentin mətbuat katibi Dmitri Peskov “Ria Novosti”yə açıqlamasında prezidentin həmin anda Kremldə olmadığını bildirib.

Bizimlə əlaqə saxlayın