Bir neçə dəqiqə öncə Marneuli-Bolnisi yolunda avtomobil qəzası baş verdi.
InterPress.ge xəbər verir ki, hadisə Marneuli-Bolnisi yolunun Qızılhacılı hissəsində baş verib.
Belə ki, Mercedes markalı, Toyota prius markalı və Ford fusion markalı avtomobil bir-birilə toqquşub.
Şahidlərin məlumatına görə, qəza hadisəsi zamanı xəsarət alanlar var.
Əraziyə polis patrul əməkdaşları cəlb olunub.

