Gürcüstan Prezidentinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması yolverilməzdir.
InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın viza rejimini ləğv etməsini növbəti təxribat adlandırıb.
“Növbəti rus təxribatı. Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması yolverilməzdir”, - deyə Prezident yazıb.
