10 
May
2023
21:45
297

Qavrilov: "Bu, Gürcüstan rəhbərliyinin Rusiyaya qarşı müharibədə iştirakdan imtinasının nəticəsidir"

Gürcüstanla viza rejiminin ləğvi və birbaşa uçuşların bərpası barədə qərar Tbilisinin xeyrinə olacaq. Bu, ölkə rəhbərliyinin Rusiyaya qarşı müharibədə iştirakdan imtinasının nəticəsidir. 

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Rusiyanın Life.ru nəşrinə müsahibəsində bildirib.

“Minlərlə gürcü bunu istəyirdi, çünki bu, turist əlaqələrinin genişlənməsinə və gənclərin mübadiləsinə, ticarət prosedurlarının sadələşdirilməsinə, həyata keçirilməsi Rusiya ilə Gürcüstanı bu çərçivədə birləşdirəcək bir sıra investisiya layihələrinin açılmasına kömək edir”, – rusiyalı deputat bildirib.

Qavrilov hələlik Gürcüstana gəlməyi planlaşdırmadığını, lakin Moskvada Pravoslav Parlamentlərarası Assambleyasından olan gürcü həmkarlarını gözlədiyini deyir.

“Mən gələcəkdə Böyük Vətən Müharibəsi illərində ölkəmizi müdafiə etmiş əcdadlarımın məzarlarını ziyarət etmək üçün Gürcüstana gələcəyəm”, - deyə Qavrilov əlavə edib.

Məlumat üçün bildirək ki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin verib. Putinin fərmanına əsasən, mayın 15-dən viza rejimi ləğv ediləcək. Gürcüstan vətəndaşları Rusiya ərazisində 90 günə qədər vizasız qala bilərlər. Bundan əlavə, Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı aradan qaldırıb.

Bizimlə əlaqə saxlayın