Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Birbaşa reyslərə qadağa götürüldükdən sonra Rusiyadan Gürcüstana aviabiletlərə tələbat artıb

817
Birbaşa reyslərə qadağa götürüldükdən sonra Rusiyadan Gürcüstana aviabiletlərə tələbat artıb
Dinləmək üçün basın

Birbaşa reyslərə qadağa götürüldükdən sonra Rusiyadan Gürcüstana aviabiletlərə tələbat bir neçə dəfə artıb.

Birbaşa reyslərə qadağa götürüldükdən sonra Rusiyadan Gürcüstana aviabiletlərə tələbat bir neçə dəfə artıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “Ria Novost” onlayn səyahət bronlaşdırma xidmətlərinə əsaslanaraq yazır.

“OneTwoTrip-in saytında xəbərin yayılmasından sonra ilk üç saat ərzində (12-15 may tarixlərində) aviabiletlərə tələbat ötən günlə müqayisədə 3 dəfə, qonşu ölkədə mehmanxana axtaranların sayı isə 1.50 dəfə artıb”, - şirkətin mətbuat xidmətindən bildirilib.

İndi Moskvadan Tbilisiyə uçuşun qiyməti 14 min rubldan, Batumiyə 25 min rubldan başlayır. Paytaxtda üçulduzlu oteldə gecələmənin minimum qiyməti 1,4 min rubldan, kurort şəhərində - 3,2 min rubldandır.

Xəbərin çıxmasından sonra ilk beş saat ərzində Yandex.Travel xidmətinin istifadəçiləri Gürcüstana aviabiletləri yeddi dəfə çox axtarmağa başlayıblar. Rusların əksəriyyəti yayda Gürcüstana səfər etməkdə maraqlıdır. Yay üçün transferlərlə uçuşların qiyməti ikitərəfli səyahət sənədi üçün 40 min rubldan başlayır.

Rusiya mətbuatı yazır ki, istehlakçılar Gürcüstanda mehmanxana bron etməkdə fəallaşıb və Tiflis səyahət üçün ən populyar şəhərə çevrilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →