11 
May
2023
11:17
279

İrakli Kobaxidze: “Rusiya Federasiyasına sanksiya tətbiq etməyəcəyik, öz ölkəmizi və xalqımızı cəzalandırmayacağıq”

“Rusiya Federasiyasına sanksiya tətbiq etməyəcəyik, öz ölkəmizi və xalqımızı cəzalandırmayacağıq”.

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Rusiyanın Gürcüstana uçuşları bərpa etməsindən danışarkən deyib.

Onun sözlərinə görə, bu, sanksiya tətbiq olunan vaxtda birtərəfli qərar idi və yenə də birtərəfli qərardır.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə, biz faktiki olaraq öz ölkəmizə və xalqımıza qarşı sanksiyalar tətbiq etmiş oluruq.

“Biz lazımi vaxtda bu məsələyə aydınlıq gətirməli, öz mövqeyimizi bildirməli olduq ki, bu mövqe Rusiya tərəfindən əvvəlcədən açıqlanmışdı. Bizim mövqeyimiz sadə idi, Rusiya Federasiyasında yaşayan bir milyona qədər Gürcüstan vətəndaşı və ya gürcü, Gürcüstanı tərk etmiş insanlar var. Bu gün həmin insanlar Gürcüstana başqa ölkələr vasitəsilə, məsələn, Ermənistan vasitəsilə gəlməli olur ki, bu da xərcləri artırır, diskomfort yaradır və s. Əslində, 2019-cu ildə Rusiya Federasiyası bu insanlara cəza, sanksiya tətbiq edib və bu gün gördüyümüz sanksiyaların götürülməsidir. Yəni, Gürcüstan vətəndaşlarına, bu məsələdən potensial faydalanan bir milyona qədər insana qarşı müəyyən cəza tətbiq olundu və sonda bu gün bu sanksiya götürüldü. Bununla bağlı hər hansı mövqe bildirə bilməzdik, çünki sanksiya tətbiq olunan vaxtda bu, birtərəfli qərar idi və hələ də birtərəfli qərardır. Gürcüstan tərəfinə gəlincə, gürcü tərəfi Rusiyaya qarşı sanksiyalar tətbiq etmir, bunu niyə etmədiyimizə dair mövqeyimizi bildirmişik. Burada səbəb də sadədir ki, biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə faktiki olaraq öz ölkəmizə və xalqımıza qarşı sanksiyalar tətbiq etmiş oluruq, bunu təbii ki, etməyəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.

Bundan əlavə, o, sanksiyaların tətbiqinin Gürcüstan iqtisadiyyatına nə gətirəcəyindən danışıb.

“Biz Rusiyaya qarşı sanksiyaların Gürcüstan iqtisadiyyatına nələr gətirəcəyini hesablamışıq. Məsələn, bizdə keçən il 10%-dən çox iqtisadi artım var idisə, ən azı 10-18% iqtisadi geriləmə olardı. Bunu radikal müxalifət tələb edirdi. Onlar ölkəni yoxsullaşdırmaq istəyirdilər və buna nail ola bilmədilər, çünki biz qəti mövqe tutmuşuq”, - İrakli Kobaxidze “İmedi”nin efirində deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər