14 
May
2023
09:30
451

Türkiyədə prezident və parlament seçkilərinin səsverməsi başlayıb

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

InterPress.ge xəbər verir ki, mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq

Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.

Bizimlə əlaqə saxlayın