“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz uçuş həyata keçirdi”.
InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bunu Rusiyadan Gürcüstana birbaşa uçuşa cavab olaraq deyib.
"Rusiya ilə uçuşlara yox", - prezident Twitter-də yazıb.
Məlumat üçün bildirək ki, Rusiya aviaşirkətinə məxsus təyyarə Tbilisi beynəlxalq hava limanına enib. Moskva-Tbilisi reysini “Azimut” aviaşirkəti həyata keçirib.
