Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneulidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo yarışı təşkil edilib - FOTO

368
Marneulidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo yarışı təşkil edilib - FOTO
Dinləmək üçün basın

Marneulidə fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə cüdo yarışı keçirilib.

InterPress.ge xəbər verir ki,  yarış Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə baş tutub.

Belə ki, turnirdə müxtəlif klubları və çəki dərəcələrini təmsil edən 60 idmançı iştirak edib. 

Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə GAİM-in icraçı direktoru Murad Muradov, Marneuli Bələdiyyə Məclisinin üzvü Mahir Bayramov, ADDF-nin direktorunun müavini Şahin Camalov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nəriman Əliyev çıxış edərək, turnir iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın sonunda qaliblərə medallar və diplomlar təqdim olunub. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →