22 
May
2023
22:49
567

Ruslar Belqorodu kütləvi şəkildə tərk edirlər

Ruslar Belqorodu kütləvi şəkildə tərk edirlər. Şəhər kənarında kilometrlərlə tıxac yaranıb. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 

Yerli sakinlərin sözlərinə görə, Belqorod sakinləri bölgəyə hücumlar və hökumətin sərhədyanı yaşayış məntəqələrində təxribatçı qrupların elanları fonunda şəhəri kütləvi şəkildə tərk edirlər.

“Unian”ın məlumatına görə, Belqoroddan çıxışda Rusiya ərazisinə gedən avtomobillərin növbəsi yaranıb və hakimiyyət çaxnaşmanı gizlətməyə çalışır.

Məlumat üçün bildirək ki, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun “təxribat və kəşfiyyat qrupu”nun Rusiya ərazisinə soxulduğunu açıqlayıb. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin nümayəndəsi Andrey Yusov bildirib ki, “Rusiya azadlıq legionu” və “Rusiya könüllülər korpusu”nun nümayəndələri Belqorod ərazisində xüsusi əməliyyat keçirirlər. Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ukraynalı diversantların Belqorod ərazisinə daxil olmaq cəhdi barədə məlumatlandırılıb.

Bizimlə əlaqə saxlayın