29 
May
2023
16:32
231

Gürcüstan prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib

Gürcüstan prezidenti Salome Zurabişvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə prezident “Twitter” sosial şəbəkəsində yazıb

“Prezidenti seçkilərdə yenidən seçilməsi münasibətilə təbrik edirəm!

Gürcüstan və Türkiyə inkişaf etməkdə davam edən güclü əlaqələrlə bağlı olan yaxın dostlardır. Mən bu tərəfdaşlığı gücləndirmək üçün gələcək əməkdaşlığımızı gözləyirəm”, - Salome Zurabişvili yazırb

Məlumat üçün bildirək ki, Türkiyə Ali Seçki Şurası Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin qalibi elan edib.

Bizimlə əlaqə saxlayın