Gürcüstan prezidenti 13 illik fasilədən sonra mayın 31-də Avropa Parlamentində çıxış edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
Gürcüstan prezidenti Salome Zurabişvili Brüsselə işgüzar səfərə gedib.
“Gürcüstan prezidenti Avropa İttifaqının yüksək vəzifəli şəxsləri: Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının prezidenti ilə təkbətək görüşlər keçirəcək.
Mayın 31-də Gürcüstan prezidenti Avropa Parlamentində çıxış edəcək. Gürcüstan prezidentinin beynəlxalq mediaya müsahibələri planlaşdırılır”, - məlumatda qeyd olunur.
