02 
Iyn
2023
13:50
655

Wizz Air 5 yeni istiqamətə uçuşlara başladı

Bu gündən etibarən Avropanın ən sürətlə inkişaf edən aviaşirkəti WIZZ AIR Kutaisi Beynəlxalq Hava Limanında üçüncü təyyarəsini geri qaytarıb və Avropanın 5 şəhərinə: Frankfurt, Hamburq, Brüssel, Madrid və Poznana birbaşa müntəzəm uçuşlara başlayıb.

InterPress.ge xəbər verir ki, bununa bağlı Hava Limanları İttifaqı məlumat verib.

Məlumata görə, Kutaisi Beynəlxalq Hava Limanında artıq Frankfurt və Hamburqdan ilk birbaşa müntəzəm reyslər yerinə yetirilib.

Wizz Air-in üçüncü baza təyyarəsi yeni istiqamətlərə əlavə olaraq, mövcud istiqamətlərə uçuş tezliklərini artırmağa, həmçinin əlavə iş yerləri yaratmağa imkan verir.

Kutaisi Beynəlxalq Hava Limanından bütün 5 istiqamət üzrə birbaşa müntəzəm uçuşlar həftədə iki tezliklə yerinə yetiriləcək və Paris, Milan, Praqa və Memmingen üzrə mövcud tezliklərə bir tezlik əlavə olunacaq.

Bizimlə əlaqə saxlayın