03 
Iyn
2023
14:10
310

İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasına gedib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Onların məlumatına görə, hökumət başçısı Ankarada Türkiyə Respublikasının seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğan yerli vaxtla saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içərək yeni prezidentlik müddətinə başlayacaq. O, mandatı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alacaq.

Ərdoğan and içdikdən sonra saat 15:00-da Mustafa Kamal Atatürkün məqbərəsinin yerləşdiyi Anıtqəbir kompleksini ziyarət edəcək. Daha sonra saat 17:00-da prezident kompleksində inaqurasiya mərasimi başlayacaq. Mərasimdən sonra Ərdoğan yerli vaxtla saat 19:00-da qonaqları şam yeməyində qonaq edəcək.

Ərdoğanın andiçmə mərasiminə 78 ölkədən yüksək səviyyəli rəsmilər qatılacaq.

Bizimlə əlaqə saxlayın