21 
Iyl
2020
16:43
1912

İqtisadiyyat naziri toy keçirənlərə müraciət etdi

"Bu gündən etibarən açıq havada sosiyal tədbirlərin keçirilməsinə icazə verilir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

O, jurnalistlərə verdiyi müsahibəsində bildirir ki, gənclər tövsiyyələrə yüksək dərəcədə riayət etməlidirlər.

"Bütün gəncləri bu requlyasiyanın yüngülləşdirilməsi münasibətilə təbrik edirəm. Unutmayın ki, sosiyal tədbirlər 100 nəfərdən artıq insanın iştirakı ilə baş tuta bilməz. Səhiyyə nazirliyinin digər işlənmiş tövsiyyələri də var. Açıq havada konsertlər və digər Sosiyal tədbirlər keçiriləcək. Bilirik ki, bu işlə məşğul olanlar üçün onlar arasında fotoqraflar, video operatorlar, menecerlər, musiqiçilər, restoranlar, mehmanxanalar üçün çox vacib idi. Lakin unutmayın ki, hər kəs tövsiyyələrə riayət etməlidir", - deyə Turnava bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər