07 
Iyn
2023
18:12
684

Avtomobil qəzası nəticəsində 5 yeniyetmə xəsarət alıb

Qori bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yeniyetmə xəsarət alıb. Onların beşi də “Gormedi” klinikasına yerləşdirilib.

InterPress.ge xəbər verir ki, klinikadan verilən məlumata görə, yeniyetmələr müxtəlif dərəcəli yüngül xəsarətlərlə tibb müəssisəsinə yerləşdirilib, beş xəstənin hamısına lazımi müayinələr aparılıb, onlara müvafiq tibbi yardım göstərilib, pediatriya şöbəsində müalicə olunurlar və dinamika müsbətdir.

Klinikadan bildirilib ki, onların səhhəti stabildir və günün sonuna kimi onların hamısının xəstəxanadan çıxacağı gözlənilir.

Hadisə dünən axşam saatlarında baş verib, mövcud məlumata görə, azyaşlılardan biri ailənin avtomobilini icazəsiz evdən götürərək həmyaşıdları ilə gedərkən avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 11-15 yaşlı yeniyetmələr yaralanıb.

Məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın