08 
Iyn
2023
22:48
3353

Marneulidə həlak olan əsgərin yaxınları təfərrüatları danışdı - VİDEO/FOTO

Marneulidə hərbi hissənin qarşısına həlak olan əsgərin yaxınları toplaşıb.

Yaxınlarının InterPress.ge-nin əməkdaşına verdiyi məlumata görə,  hazırda hərbi hissədə ekspertiza işləri aparılır.

Həlak olan əsgər ekspertizaya aparılması yönündə işlər aparılır.

Mərhumun yaxınlarının qeyd etdiyinə görə, o, ailəsinin razılığı ilə şəhid olaraq dəfn olunacaq.

"Komandir məni nazirlə danışırdı. Nazirin danışığından belə çıxdı ki hadisə iş zamanı olub və onu birisigün  şəhid kimi dəfn etmək istəyirlər. Mən də razılıq verdim. Belə düzgündür. Hökumət tərəfindən 10 000 lari ödənəcək. Cəsəd hal hazırda ekspertizaya aparılır. Ailəsindən icazə alınıb mərhum şəhid kimi dəfn olunacaq", - Vüqar Əliyev qeyd edir.

"Uşaqlardan siqaret istəyib və deyib ki sabah qaytaracaq. Onlarda hadisənin təfərrüatlarını bilmirlər- özünümü güllələyib yoxsa qorxudublarmı. Ölümünə hörmət etmək lazımdır. Kəndin eli oğludur", - yaxını bildirir.

Xatırladaq ki, bu gün Marneulidə hərbi hissədə səhər saatlarında əsgər həyatını itirib. Mövcud məlumata görə, hadisə hərbçinin silahını təmizlədiyi zaman ehtiyatsızlıqdan baş verib. Verilən məlumata görə, o silahını təmizləyən zaman  silahdan əsgərin baş nahiyəsinə atəş açılıb.

Bizimlə əlaqə saxlayın