Türkiyənin Samsun şəhərində Ukraynadan Gürcüstana 20 ton arpa daşıyan yük maşını yanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Hadisə Boğaziçi körpüsündə baş verib. Sürücü yük maşınını yolun kənarına çıxarıb və özünü xilas edə bilib. Maşınla yanaşı arpa kisələri də yanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
